Sankt-Peterburqda rapid və blits üzrə dünya çempionatının keçiriləcəyi manejin açılışı olub
Bakı, 25 dekabr, AZƏRTAC
Sankt-Peterburqda keçiriləcək rapid və blits üzrə dünya çempionatının keçiriləcəyi manejin dekabrın 25-də açılışı olub.
AZƏRTAC xəbər verir ki, çempionatda yarışlar dekabrın 26-28-də gündə beş tur olmaqla keçiriləcək. Açıq çempionatda 204 oyunçu (144 qrossmeyster), qadınların yarışında isə 123 (70 qrossmeyster) şahmatçı iştirak edəcək.
Açıq çempionatın reytinq cədvəlinə norveçli dünya çempionu Maqnus Karlsen (2903) başçılıq edir. ABŞ təmsilçisi Hikaru Nakamura (2844) ikinci, rusiyalı Vladislav Artemiyev (2812) üçüncü pillədə qərarlaşıblar.
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov (2786) isə turnir cədvəlində altıncı yerdədir. Digər şahmatçılarımız Rauf Məmmədov (2739) 17-ci, Qədir Hüseynov (2732) isə 20-ci pillədədirlər.
Qadınlar arasında reytinq üzrə favorit şahmatçı ukraynalı Anna Musiçukdur (2595). İkinci və üçüncü yerlərdə Çin şahmatçıları Vencun Cu (2584) və Tinqcie Lei (2545) qərarlaşıblar.
Azərbaycanın qadın şahmatçıları Gülnar Məmmədova (2832) 30-cü, Türkan Məmmədyarova (2357) 36-cı, Zeynəb Məmmədyarova (2330) 40-cı, Günay Məmmədzadə (2261) 60-cı yerdədirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]
“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb
- 08.10.2026 [13:14]