SANKT-PETERBURQUN QAZ APARATLARI ZAVODUNUN BAKIDA NÜMAYƏNDƏLİYİ AÇILMIŞDIR
Sankt-Peterburq qaz aparatları zavodu məişət qaz avadanlığı üzrə Rusiyanın ən böyük istehsalçılarından sayılır. Keçmiş SSRİ dövründə bu müəssisədə istehsal olunan və yüksək keyfiyyəti ilə seçilən “Neva” markalı suqızdırıcıları Azərbaycana da idxal olunurdu. Hazırda ölkəmizdə bərqərar olan münbit ticarət və sərmayə mühiti qaz aparatları zavodunun istehsal etdiyi məhsulların yeni keyfiyyətdə Azərbaycana gəlməsinə şərait yaratmışdır.
Nümayəndəliyin rəhbəri Eldəniz Məmmədov yeni italyan avadanlığında istehsal olunan, dünya standartlarına cavab verən “Neva lüks” suqızdırıcılarının Azərbaycana idxalının və satışının yenidən təşkil edildiyini və əhali tərəfindən bəyənildiyini söyləmişdir. Bildirilmişdir ki, sifarişlərin sayı gündən-günə artdığından, təkcə Bakıda yox, Azərbaycanın regionlarında, o cümlədən Gəncədə, Sumqayıtda, Qubada da belə ticarət obyektləri yaradılmışdır və bugünə qədər 30-dan çox ticarət obyekti ilə əməkdaşlıq edilir. Suqızdırıcıları keyfiyyətcə Avropa analoqlarından geri qalmır və qiymətcə daha ucuzdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [18:59]
Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib
- 09.10.2026 [18:57]
Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir
- 09.10.2026 [17:59]
Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir
- 09.10.2026 [17:47]
Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır
- 09.10.2026 [17:27]
Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb
- 09.10.2026 [17:24]
Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir
- 09.10.2026 [16:18]