Santoş Kumar Rungta: Əlilliyi olan şəxslərin təşkilatları qərar qəbuletmə prosesində iştirak etməlidir
Bakı, 20 may, AZƏRTAC
Əlilliyi olan şəxslərin təşkilatları (OPD) inklüziv siyasətlərin hazırlanması və icrası prosesində tam şəkildə iştirak etməlidirlər.
AZƏRTAC xəbər verir ki, bu fikri Ümumdünya Korlar Birliyinin prezidenti Santoş Kumar Rungta WUF13 çərçivəsində keçirilən Əlilliyi olan şəxslərin hüquqları üzrə dəyirmi masada səsləndirib.
O bildirib ki, əlilliyi olan şəxslərin inklüzivlik və əlçatanlıqla bağlı təşəbbüslərdə kifayət qədər təmsil olunmaması əsas problemlərdən biridir. “Biz görünmürük. Əlilliyi olan şəxslərin təşkilatları qərar qəbuletmə prosesində demək olar ki, iştirak etmir”, - deyə o vurğulayıb.
Santoş Kumar Rungta qeyd edib ki, BMT-nin Əlillərin Hüquqları haqqında Konvensiyasına uyğun olaraq hökumətlər əlilliyi olan şəxslərin planlaşdırma, icra və monitorinq proseslərində tam siyasi iştirakını təmin etməlidirlər. O əlavə edib ki, universal dizayn prinsipləri texnologiyanın və şəhər infrastrukturunun inkişafı fonunda daim yenilənməli və dəyişən tələblərə uyğunlaşdırılmalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.05.2026 [18:12]
BDU-nun 348 tələbəsi WUF13-də könüllü kimi fəaliyyət göstərir
- 20.05.2026 [18:02]