SATIŞDA KONSTİTUSİYANIN TƏLƏBLƏRİNƏ UYĞUN GƏLMƏYƏN BAYRAQLAR MÜƏYYƏNLƏŞDİRİLİB
Azərbaycanın Ali Qanununa - Konstitusiyasına əsasən, ölkəmizin dövlət bayrağı bərabərenli 3 üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Qırmızı zolağın ortasında, bayrağın hər iki üzündə, ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.
Monitorinq zamanı “Respekt” MMC-yə, “Xəzri” kiçik müəssisəsinə, fiziki şəxslər E.Məmmədova, A.İbrahimiva, N.Seyidovaya məxsus mağazalarda, eləcə də “NİL Kitab Kirtasiye Sarayı Ltd” şirkətinin ticarət obyektlərində Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsinin tələblərinə uyğun gəlməyən ölçülərdə, rənglərdə və tikilişdə olan dövlət bayraqları aşkar olunmuş, 76 ədəd müxtəlif ölçülərdə, 138 ədəd masaüstü və 380 ədəd əl bayraqları satışdan çıxarılmışdır.
Qanunvericiliyə uyğun olaraq, həmin mağazaların rəhbərlərinə xəbərdarlıq edilmiş, inzibati tənbeh tədbirləri görülmüşdür.