Şavkat Mirziyoyev ŞƏT ölkələrinin dəmir yollarının inteqrasiyası üzrə Şura yaradılmasını təklif edib
Bakı, 1 sentyabr, AZƏRTAC
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iqtisadi ölçünü Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) səmərəliliyinin əsas göstəricisi adlandırıb.
AZƏRTAC xəbər verir ki, Özbəkistan Prezidenti Şanxay Əməkdaşlıq Təşkilatı dövlət başçılarının iclasında ŞƏT-in Sənaye Kooperasiyası Xəritəsinin - xüsusi iqtisadi zonaları, istehsal zəncirlərini, bazarları və logistikanı birləşdirən vahid rəqəmsal platformanın yaradılmasını təklif edib.
Bundan əlavə, Özbəkistan Prezidenti Dünya Süni İntellekt Əməkdaşlıq Təşkilatının yaradılması təşəbbüsünü dəstəkləyib və ŞƏT-in həmin təşkilatın ilk tərəfdaşları sırasında yer almasını təklif edib.
Prezident Bişkekdə süni intellekt və rəqəmsal texnologiyaların inkişafı üçün ŞƏT-in Açıq Çoxdilli Məlumat Korpusunun yaradılmasını təklif edib.
Şavkat Mirziyoyev, həmçinin 2027-ci ildə Daşkənddə ŞƏT-in süni intellekt və yeni rəqəmsal həllər üzrə Forumunun keçiriləcəyini elan edib.
Su və enerji səmərəliliyi sahəsində əməkdaşlığın inkişafının vacibliyini qeyd edən Prezident bu sahədə 2035-ci ilədək ŞƏT-in Texnoloji Əməkdaşlıq Proqramının hazırlanmasını təklif edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [18:08]
Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb
- 02.10.2026 [17:48]
Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]