“Səbail” klubu ukraynalı qapıçı ilə müqavilə imzalayıb
Bakı, 31 yanvar, AZƏRTAC
Bakının “Səbail” klubu heyətinə daha bir futbolçu cəlb edib.
AZƏRTAC kluba istinadla xəbər verir ki, ukraynalı qapıçı Oleksandr Rıbka ilə “Səbail” arasında cari mövsümün sonunadək müqavilə imzalanıb.
Daha əvvəl Ukraynanın “Dinamo” (Kiyev), “Dinamo-2”, “Dinamo-3”, “Obolon”, “Şaxtyor” (Donetsk), Türkiyənin “Karabükspor”, “Afjet Afyonspor” klublarında çıxış edən 32 yaşlı qolkiper müəyyən vaxtlarda Ukrayna milli komandasına da cəlb olunub.
Dörd dəfə Ukrayna çempionu, 4 dəfə Ukrayna Kubokunun, 1 dəfə Ukrayna Superkubokunun qalibi olan Oleksandr Rıbka 2011-ci ildə ölkəsində “Ən yaxşı qapıçı” mükafatına layiq görülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]
Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər
- 10.06.2026 [12:50]