SEÇKİ MÜNASİBƏTLƏRİNİ TƏNZİMLƏYƏN NORMATİV AKTLAR TƏSDİQLƏNMİŞDİR
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə keçirilən seçkilərlə bağlı bir sıra normativ aktlar və sənəd formaları təsdiq edilmişdir. Bu günə kimi komissiyanın qərarı ilə 11 təlimat, 1 əsasnamə, 1 qayda, 2 izah, 1 siyahı, 8 sənəd forması təsdiqlənmişdir. Həmin sənədlərin hazırlanmasından məqsəd bələdiyyə seçkilərinin keçirilməsi üçün normativ bazanın yaradılması və seçki münasibətlərinin tənzimlənməsidir.
Artıq bu sənədlər Mərkəzi Seçki Komissiyasının hazırladığı toplularda cəmləşdirilərək çap olunmuş və aşağı seçki komissiyalarına çatdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:15]
Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
- 15.10.2026 [12:44]
Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib
- 15.10.2026 [12:17]