SƏDDAM HÜSEYN YENİ POEMA YAZMIŞDIR
Sabiq prezidentin vəkilləri qəzetə müsahibəsində bildirmişlər ki, Səddam Hüseyn yeni əsərini “Əd-Düceyl işi” üzrə bütün müttəhimlərin və onların vəkillərinin yeni təyin olunmuş hakim Rauf Əbdül Rəhmanın sədrliyi ilə məhkəmə iclaslarını boykot etmək qərarı ilə əlaqədar yazmışdır.
Səddam Hüseynin poemada İraq hökumətini “sürü” və “səfehlər”, amerikalıları isə “dinsiz-imansız adamlar” adlandırır.
Sabiq prezident bir neçə bədii əsərin müəllifidir, onları hakimiyyətdə olduğu illərdə və 2003-cü ildə devrildikdən sonra yazmışdır. Hazırda öz avtobioqrafiyasını yazır.
Xatırladaq ki, Səddam Hüseynin və onun yeddi arxadaşının oktyabrın 19-da Bağdadda başlanan məhkəməsi fevralın 13-dək təxirə salınmışdır. Onlar 1982-ci ildə Əd-Düceyl kəndində Səddam Hüseynə qəsd edildikdən sonra burada 148 sakinə divan tutulmasında ittiham olunurlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [14:13]
Yaponiyada qida istehlakı vergisi azaldılır
- 09.10.2026 [14:01]
Üçüncü rübdə qızıla qlobal investisiyalar rekord həddə çatıb
- 09.10.2026 [13:45]
Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır
- 09.10.2026 [12:44]
Finlandiya vətəndaşlıq testi tətbiq edir
- 09.10.2026 [12:05]
Rusiyanın Kaluqa vilayətində dron hücumu nəticəsində 9 nəfər yaralanıb
- 09.10.2026 [11:36]