Sədr müavini: Kişi müəllimlərin sayının artırılmasına ehtiyac var
Bakı, 5 mart, AZƏRTAC
Azərbaycanda təhsil sahəsində gender bərabərliyinin pozulduğunu müşahidə edirik.
AZƏRTAC xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycan Standartlaşdırma İnstitutu və Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) birgə təşkilatçılığı ilə keçirilən “Standartlaşdırmada gender bərabərliyi” adlı tədbirdə deyib.
"Gender bərabərliyi ictimai həyatın bütün sahələrində kişi və qadınların bərabərliyini nəzərdə tutur. Lakin təhsildə gender bərabərsizliyi var. Kişi müəllimlərin sayının artırılmasına ehtiyac var. 4 ildir ki, gender bərabərliyi ilə bağlı qanunun yerinə yetirilməsi ilə bağlı məlumatlar toplayırıq", - deyə sədr müavini vurğulayıb.
S.Qəhrəmanova əlavə edib ki, tikinti sahəsində də standartlaşdırmaya diqqət yetirilməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [19:09]
AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir
- 13.10.2026 [18:12]
BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb
- 13.10.2026 [17:35]
BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir
- 13.10.2026 [17:33]
AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb
- 13.10.2026 [17:02]