Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəfa Əliyev: Azərbaycan–Özbəkistan münasibətlərinin genişləndirilməsi türk coğrafiyasının birləşməsinə təkan verəcək

Şəfa Əliyev: Azərbaycan–Özbəkistan münasibətlərinin genişləndirilməsi türk coğrafiyasının birləşməsinə təkan verəcək

Bakı, 24 avqust, Ramiz Quliyev, AZƏRTAC

XXI əsr bir sıra tarixi hadisələrlə zəngindir və bunların sırasında Azərbaycanın öz doğma torpaqlarını işğaldan azad etməsi, genişmiqyaslı bərpa və dirçəliş layihələrinin reallaşdırılması regional və beynəlxalq səviyyədə müstəsna əhəmiyyət kəsb edir. Bu kontekstdə türk coğrafiyasının birləşdirilməsi perspektivləri diqqət çəkir və türkdilli dövlətlərin qarşılıqlı inteqrasiyasının sürətlənməsi, dövlətlərarası siyasi və iqtisadi, humanitar əlaqələrin maksimum dərinləşmə istiqamətinə meyillənməsi bunun əyani ifadəsi kimi qiymətləndirilə bilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru, professor Şəfa Əliyev deyib.

O bildirib ki, son illərdə türkdilli dövlətlərin təşkilatlanması, beynəlxalq səviyyədə bir-birilərini dəstəkləməsi, birgə beynəlxalq layihələrin hazırlanması və işlənilməsi tədbirləri intensivləşməkdədir. Bunlarla bərabər, türkdilli dövlətlər arasında ikitərəfli münasibətlərin yeni müstəviyə qaldırılması istiqamətində məqsədyönlü işlər görülməkdədir. Bu baxımdan, Azərbaycan - Özbəkistan arasında münasibətləri misal çəkmək olar: “Özbəkistan Respublikasının formalaşması və inkişaf tarixi ölkəmizlə müəyyən mənada oxşarlıqlarla diqqət çəkir. Bu qardaş ölkə Mərkəzi Asiyanın önəmli dövlətlərindəndir və onun mərkəzində yer tutur. Türkdilli dövlətlərlə - Qazaxıstan, Qırğızıstan, Türkmənistanla, həmçinin Əfqanıstan və Tacikistanla həmsərhəddir. Özbəkistan təbii resurslarla zəngin bir respublikadır və təsadüfi deyildir ki, Asiyanın ən iri qızıl mədəni məhz bu ölkədədir və qızıl ehtiyatları 4 min ton həcmindədir. Ölkədə yüz növdən çox mineral ehtiyatlar mövcuddur və hazırda 130 təbii qaz yatağı aşkar olunub. Özbəkistanda bu mühüm yanacağın sənaye təyinatlı ehtiyatının həcmi 3 trilyon kubmetr səviyyəsində qiymətləndirilir. Bundan başqa, Özbəkistanda uran ehtiyatı da vardır və radioaktiv metalların ehtiyatı üzrə dünyada 7-ci yerdə qərarlaşmışdır.

Müasir müstəqil Özbəkistan bir çox beynəlxalq təşkilatların üzvüdür və regionda strateji funksiyaları yerinə yetirməyə qadir olan bir dövlətdir. Regionun ən iri ölkələri ilə, o cümlədən Çinlə sıx ticarət-iqtisadi əlaqələrə malikdir”.

Ş.Əliyev vurğulayıb ki, bu qeyd olunanlar baxımından Azərbaycanla Özbəkistan arasında ikitərəfli əlaqələrin maksimum genişləndirilməsi perspektivləri vardır. İki ölkə arasında diplomatik münasibətlər 1995-ci il 2 oktyabr tarixində qurulub və keçən dövr ərzində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi istiqamətində müəyyən addımlar atılıb. Ulu Öndər Heydər Əliyevlə Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun iki ölkə arasında əlaqələrin strateji istiqamətlərinin müəyyənləşdirilməsində xidmətləri yüksəkdir. Məhz bu əlaqələr nəticəsində Azərbaycanla Özbəkistan arasında bir çox istiqamətlər üzrə dostluq və əməkdaşlıq müqaviləsi imzalanıb: “1996-cı ildən etibarən Azərbaycanın Özbəkistanda, 1998-ci ildən başlayaraq isə Özbəkistanın Azərbaycanda səfirlikləri fəaliyyət göstərir. Bütün bunlara baxmayaraq, hesab edirik ki, müəyyən dövr ərzində iki ölkə arasında mövcud potensialdan maksimum səmərəli istifadə edilməsi prosesləri qlobal çağırışlara adekvat olmayıb. Lakin son illərdə Prezident İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin şəxsi münasibətlərinin ən yüksək səviyyəyə çatması sayəsində Azərbaycanla Özbəkistan arasında siyasi-iqtisadi əlaqələr yeni məhsuldar mərhələyə keçib. Bu münasibətlər böyük Qarabağ Zəfərindən sonra daha intensiv xarakter daşıyıb. Belə ki, 2022-ci ildə Prezident İlham Əliyev üç dəfə Özbəkistana səfər edib və bu qardaş ölkə ilə siyasi-iqtisadi əlaqələrimizin strateji məqamlarını müəyyənləşdirib, eyni zamanda, Türk dünyasının yeni çağırışlarına adekvat münasibətlərin formalaşdırılmasına nail olunub”.

UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, həmçinin əlavə edib ki, iki ölkə arasında xarici ticarət əlaqələrinin dinamik inkişafı da maraq doğurur və bu sahədə güclü potensial və perspektivlərdən məhsuldar istifadə edilməsinə müəyyən vaxt tələb olunur.

Qeyd olunub ki, 2018-2022-ci illərdə Azərbaycanla Özbəkistan arasında xarici ticarət dövriyyəsi 4,2 dəfəyə yaxın yüksəlib. Əgər 2018-ci ildə iki ölkə arasında xarici ticarət dövriyyəsinin ümumi həcmi 43,9 milyon ABŞ dolları idisə, bu göstərici 2021-ci ildə 111,9 milyon ABŞ dolları, 2022-ci ildə isə 183,3 milyon ABŞ dolları təşkil edib. 2018-2022-ci illərdə Azərbaycanın Özbəkistandan idxal etdiyi məhsulların həcmi 4 dəfəyə yaxın artıb və 2022-ci ildə 137 milyon həcmində olub. Bu dövr ərzində Azərbaycandan Özbəkistana ixracın həcmi isə 5 dəfəyə yaxın artaraq 2022-ci ildə 46,5 milyon ABŞ dolları həcmində qeydə alınıb. Kənd təsərrüfatının müxtəlif seqmentləri, həmçinin bir sıra sənaye məhsulları üzrə mübadilələrin aparılmasında, nəqliyyat-logistika və energetika sistemindən səmərəli istifadə edilməsində əməkdaşlığın daha çox perspektivləri göz önündədir: “Əlamətdar haldır ki, 2023-cü il avqustun 23-də işğaldan azad olunmuş və tamamilə dağıdılmış, viran qoyulmuş, minalanmış ərazilər təmizlənməklə yenidən qurulan və tikilən Füzuli şəhərində Özbəkistan dövləti tərəfindən müasir dünya standartlarına cavab verən tam orta məktəb tikilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər. Beləliklə, Azərbaycan-Özbəkistan əlaqələrinin müasir aspektlərindən bu qənaətə gəlmək olar ki, yaxın perspektivdə iki ölkə arasında siyasi-iqtisadi əlaqələr daha da dərinləşəcək və bu proseslərin türk coğrafiyasının birləşdirilməsinə əlavə stimul və təkan verəcək. Azərbaycan-Özbəkistan münasibətləri və iqtisadi əlaqələri türk coğrafiyasının birləşdirilməsində mühüm rol oynayacaq”, - deyə Ş.Əliyev vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir VİDEO

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib