Səfərov qardaşlarının meyitləri qohumlarına təhvil verilib VİDEO
Moskva, 30 iyun, AZƏRTAC
İyunun 27-də Yekaterinburqda vəhşicəsinə döyülmə nəticəsində dünyasını dəyişən azərbaycanlılar Ziyəddin və Hüseyn Səfərov qardaşlarının meyitləri qohumlarına təhvil verilib.
AZƏRTAC xəbər verir ki, məlumata görə, meyitlərin təhvil verilməsi prosesinə iyunun 30-da səhər saatlarında başlanılıb. Azərbaycanın Yekaterinburqdakı baş konsulluğu bütün lazımi sənədləşmə işlərini aparır və təhvil-təslim prosesini təşkil edir.
Cəsədlərin üzərində zorakılıq əlamətlərinin olduğu bildirilir. Meyitlər əvvəllər Yekaterinburq Məhkəmə-Tibbi Ekspertiza Bürosunun morqunda olub, prosedurlar başa çatdıqdan sonra oradan təhvil verilib.
Meyitlər Yekaterinburq-Bakı birbaşa aviareysi ilə Azərbaycana göndəriləcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:32]
“Tərtər” bazarında yoxlama aparılıb
- 09.06.2026 [12:24]
Süni intellekt dövründə insan hüquqlarının gələcəyi Bakıda müzakirə olunacaq
- 09.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 09.06.2026 [11:39]
Abşeron rayonunda sürücülər arasında baş verən insident araşdırılıb
- 09.06.2026 [11:35]
Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək
- 09.06.2026 [11:31]
Dərmanların təhlükəsizliyi necə qorunur?
- 09.06.2026 [11:27]