Şəffaflaşdırma işləri, yoxlamaların sayının minimuma endirilməsi sahibkarlıq mühitini yaxşılaşdırıb
Bakı, 10 fevral, AZƏRTAC
Bugünkü müasir vergi sistemini məhz Ümummilli Lider Heydər Əliyev yaradıb. Onun apardığı siyasətin nəticəsi olaraq, Azərbaycanda vergi qanunvericiliyi yaradıldı və vergi inzibatçılığı formalaşdırıldı.
AZƏRTAC xəbər verir ki, bu sözləri iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov “Heydər Əliyev və Azərbaycanın vergi sistemi: Yeni çağırışlara doğru” mövzusunda keçirilən konfransda deyib.
Bildirib ki, aparılan şəffaflaşdırma işləri, yoxlamaların sayının minimuma endirilməsi və digər tədbirlər ölkədə sahibkarlıq mühitini ildən-ilə yaxşılaşdırdı və vergi daxilolmaları artmağa başladı: “1990-cı illərin əvvəllərində vergi daxilolmaları sahəsində vəziyyət yaxşı deyildi, vergidən yayınma kütləvi hal almışdı. Daha sonra Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan siyasət nəticəsində vergi daxilolmaları getdikcə artmağa başladı və 2004-cü ildə 1 milyard manatlıq baryeri keçdi. 2022-ci ildə isə dövlət büdcəsinə 15,5 milyard manat həcmində vergi daxilolması təmin edilib. Lakin arxayınlaşmaq olmaz. İqtisadiyyatımızda aparılan islahatları, eləcə də mövcud potensialı nəzərə alaraq, çox işlər görməliyik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]