CƏMİYYƏT
Səfir: Azərbaycanın üzləşdiyi mina probleminin miqyası məni təsirləndirdi
![](/files/galleryphoto/2024/1/1200x630/17056667906464123275_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/17056667905778744960_1200x630.jpg)
Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Syerra-Leone Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Alie Badara Kamaranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, İdarə Heyətinin sədri səfiri təyinatı münasibətilə təbrik edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səfirə ölkəmizdə mövcud mina probleminin miqyası, həmin problemin arada qaldırılması sahəsində agentlik tərəfindən həyata keçirilən işlər barədə məlumat verilib.
Diplomat təbrikə görə təşəkkürünü bildirib, Azərbaycanın üzləşdiyi mina probleminin miqyasından təsirləndiyini ifadə edib.
Görüş əsnasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.