Səfir: Belçika şirkətləri Azərbaycanda müxtəlif sektorlara böyük maraq göstərirlər
Bakı, 14 noyabr, Ceyhun Xəlilov, AZƏRTAC
Belçika ilə Azərbaycan arasında münasibətlər son illər ərzində ardıcıl şəkildə inkişaf edir və biz bu əlaqələri müxtəlif sahələrdə gücləndirmək üçün çalışırıq.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Belçikanın Azərbaycandakı səfiri Jülyen de Frepon səsləndirib.
Diplomat bildirib ki, iqtisadi sahədə əməkdaşlıq əsas istiqamətlərdən biridir və Belçika şirkətləri Azərbaycanda müxtəlif sektorlara böyük maraq göstərirlər.
“Bundan başqa, mən xüsusilə nəqliyyat sektoru, logistika, yaşıl enerji və liman infrastrukturu kimi sahələri nümunə göstərə bilərəm. Bu sahələrdə dünya səviyyəli şirkətlərimiz fəaliyyət göstərir və onlar Azərbaycandakı tərəfdaşları ilə birlikdə regionda layihələr həyata keçirirlər. Bu əməkdaşlıq, həmçinin iki ölkə arasında qarşılıqlı etimada əsaslanan uzunmüddətli tərəfdaşlığın formalaşmasına xidmət edir. Biz də bu prosesləri dəstəkləmək niyyətindəyik”, - deyə səfir diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:52]
Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir
- 29.09.2026 [18:53]
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:31]
Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
- 29.09.2026 [15:36]