Səfir: Britaniya Trampın mandatına hörmət etməlidir
London, 11 fevral, AZƏRTAC
Böyük Britaniya Prezident Donald Trampın dəyişiklik üçün güclü və aydın mandatına hörmət etməlidir.
AZƏRTAC xəbər verir ki, bunu Böyük Britaniyanın ABŞ-dakı yeni səfiri Lord Piter Mandelson vəzifəsinin ilk günündə “BBC”yə açıqlamasında bildirib.
Piter Mandelson Böyük Britaniyanın D.Trampın gündəliyinin hər bir detalı ilə razılaşmaya biləcəyini deyib, lakin əlavə edib: “Biz onun nəyi irəli sürmək istədiyini, mandatının nəyi həyata keçirmək üçün verildiyini və müttəfiqlərinin bəzən necə uyğunlaşmalı olduğunu başa düşməli və hörmət etməliyik”, - deyə səfir bildirib.
Yetmiş bir yaşlı diplomat müsahibə zamanı daha əvvəl D.Tramp barədə səsləndirdiyi tənqidi fikirlərin səhv və düzgün hesablanmamış olduğunu etiraf edib. ABŞ-dakı səfir vəzifəsinə yanaşması ilə bağlı suala cavab verən Lord Piter Mandelson bildirib ki, artıq iki hökumət arasında sıx münasibət, Tramp ilə Kir Starmer arasında çox səmimi, şəxsi dostluq əlaqələri mövcuddur.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:24]
Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]