ŞƏHƏRDƏ FƏRDİ TƏSƏRRÜFATLARIN İMKANLARI GENİŞLƏNİR
Mingəçevir şəhərinin inzibati ərazisinə daxil olan fərdi təsərrüfatlarda beş min baş qaramal və davar saxlanır.
Şəhər statistika idarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 580 baş artıqdır. Quşların sayı isə 22 faiz çoxalaraq 1400-ə çatmışdır. Müəssisələrin yardımçı təsərrüfatlarında bu göstəricilər daha yüksəkdir.