Şəhid ailələri və qazilər hər zaman AHİK-in diqqətindədir
Bakı, 15 mart, AZƏRTAC
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bir qrup Birinci Qarabağ müharibəsinin iştirakçıları və qaziləri, şəhid ailələrinin üzvləri, həmçinin aztəminatlı ailələrdən olan şəxslərlə görüşüb.
Konfederasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə iştirakçıları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edən AHİK sədri onların qayğı və problemləri ilə maraqlanıb, müraciətlərini dinləyib.
Görüş iştirakçılarına maddi-mənəvi dəstək göstərilib.
Qeyd edək ki, AHİK sədri bundan əvvəl də belə görüşlər təşkil edib, şəhid ailələrinin, qazilərin və veteranların qayğıları ilə maraqlanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [18:51]
Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO
- 09.10.2026 [18:21]
Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO
- 09.10.2026 [18:13]
Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb
- 09.10.2026 [18:07]
“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub
- 09.10.2026 [18:01]