İQTİSADİYYAT
ŞƏHİD AİLƏLƏRİNƏ VƏ QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİNƏ QAYĞI GÖSTƏRİLİR
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, 2005-ci ildə 16 nəfərə pulsuz "Oka" avtomobili verilmiş, 3 nəfərə fərdi ev tikilmiş, 18 nəfərin mənzili təmir olunmuş, 8 nəfər himayəyə götürülmüş, 21 nəfərə müxtəlif tibb müəssisələrində müalicə olunmaq imkanı yaradılmış, habelə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinə əkib-becərmək üçün 98 hektar torpaq sahəsi ayrılmışdır. Hazırda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulmuş 24 mənzilli binada son tamamlama işləri gedir.