Şəhriyar Məmmədyarov FIDE-nin yeni reytinqində beşinci sırada qərarlaşıb
Bakı, 1 fevral, AZƏRTAC
Beynəlxalq Şahmat Federasiyası (FIDE) fevral ayı üçün reytinq siyahısını açıqlayıb.
AZƏRTAC xəbər verir ki, norveçli Maqnus Karlsenin (2845) başçılıq etdiyi siyahıda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov beşincidir (2790).
Dünyanın 100 ən güclü şahmatçıları arasında təmsilçilərimiz Teymur Rəcəbov (2756) 13-cü, Arkadi Naydiç (2732) 22-ci, Rauf Məmmədov (2703) 42-ci, Eltac Səfərli (2681) 63-cü, Qədir Hüseynov (2664) 82-ci pillədə qərarlaşıblar.
Qadınlar arasında ilk 100-lükdə isə şahmatçılarımız Günay Məmmədzadə (2422), Xanım Balacayeva (2397) və Gülnar Məmmədova (2368) yer alıblar. Qadınların reytinq siyahısına çinli şahmatçı Hou Yifan (2662) başçılıq edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:50]
“Şəfa” klubu növbəti transferini reallaşdırıb
- 10.06.2026 [12:43]
“Qəbələ” afrikalı futbolçu ilə vidalaşıb
- 10.06.2026 [10:51]
Norveç millisi dünya çempionatına 300 kiloqram balıq aparacaq
- 10.06.2026 [02:32]
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib
- 10.06.2026 [00:39]