Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov “The FTX Crypto Cup” turnirinin altıncı turunda qarşılaşacaqlar
Bakı, 24 may, AZƏRTAC
Mayın 24-də Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da qatıldıqları “Champions Chess Tour” onlayn seriyasının altıncı mərhələsinin - “The FTX Crypto Cup” turnirinin altıncı turunun partiyaları oynanılacaq.
AZƏRTAC xəbər verir ki, günün ilk qarşılaşmasında şahmatçılarımız üz-üzə gələcəklər. Sonrakı turlarda Ş.Məmmədyarov ermənistanlı Levon Aronyan, rusiyalı Yan Nepomnyaşi, ABŞ təmsilçisi Uesli So, fransalı Maksim Vaşye-Laqrav ilə mübarizə aparacaq. T.Rəcəbovun növbəti turlarda rəqibləri Y.Nepomnyaşi, U.So, M.Vaşye-Laqrav, A.Piçot olacaq.
Turnirin ilk beş turunda T.Rəcəbov 3 xalla 6-cı, Ş.Məmmədyarov 1,5 xalla 14-cü pillədə qərarlaşıblar.
“The FTX Crypto Cup” turnirinin təsnifat mərhələsində 16 şahmatçı iştirak edir. Üç gün davam edəcək ilkin mərhələnin yekunlarına görə, pley-offda mübarizə aparacaq 8 şahmatçı müəyyənləşəcək.
“Champions Chess Tour” onlayn şahmat seriyası 10 turnirdən ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:28]
Azərbaycanın veteran güləşçiləri dünya çempionatında 3 medal qazanıblar
- 12.10.2026 [15:09]
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb
- 12.10.2026 [15:03]
Azərbaycan voleybol millisi Türkiyə toplanışını başa vurub
- 12.10.2026 [14:43]
Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib
- 12.10.2026 [14:27]
Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub
- 12.10.2026 [14:05]
Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib
- 12.10.2026 [13:58]
Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi
- 12.10.2026 [13:07]
Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar
- 12.10.2026 [12:54]