Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəki – qədim ipəkçilik ənənələrinin qorunub saxlanıldığı diyar

Şəki, 24 iyul (AZƏRTAC). İpəkçilik Azərbaycanda 1500 illik tarixə və zəngin ənənələrə malik bir sahədir. İpəkdən söz düşəndə, şübhəsiz, gözlərimiz önünə ilk növbədə qədim Şəki şəhəri gəlir. Bu şəhər əsrlər boyu ipəkçilik ənənələrinin qorunub saxlandığı bir diyar olmuşdur. İpəkçilik bütün tarixi dövrlərdə şəkililərin həyatında, məişətində özünəməxsus yer tutmuşdur. İpəkçiliyin Şəkidə qədim və mühüm təsərrüfat sahəsi olduğunu bu ərazidə aparılan arxeoloji tədqiqatlar da sübut etmişdir.

Orta əsrlərdə Şəki nəinki Azərbaycanın, eləcə də Yaxın və Orta Şərqin ən böyük ipək istehsalçısı və toxuculuq mərkəzlərindən biri hesab olunurdu. İpəkçiliyin inkişafı Azərbaycanın bu qədim şəhərini böyük karvan yolları ilə birləşdirmiş, yeni-yeni karvansaraların tikilməsinə, şəhər həyatının canlanmasına səbəb olmuş, ticarətin və sənətkarlığın inkişafına mühüm təsir göstərmişdir. Şəki sənətkarlarının xam ipəkdən hazırladıqları zərif parçalar, gözəl paltarlar, al-əlvan kəlağayılar xarici ölkələrə ixrac olunmuş, şəhər öz ipəyi ilə bütün dünyada məşhurlaşmışdı. 1931-ci ildə Şəkidə keçmiş SSRİ-nin ən böyük ipək sənayesi müəssisələrindən olan ipək kombinatı işə salınmışdı.

Ötən əsrin 70-80-ci illərində Azərbaycanda, o cümlədən Şəkidə ipəkçiliyin inkişafı xüsusilə geniş vüsət alınmışdı. Həmin illərdə respublikamızda ildə 5-6 min ton yaş barama və ondan 350-400 ton xam ipək istehsal olunur, on milyonlarla kvadratmetr müxtəlif çeşidli ipək parça toxunurdu. İpək qurdunun bəslənməsi və barama istehsalı ilə 150 mindən artıq kəndli ailəsi məşğul olurdu. Həmin dövrlərdə Azərbaycanın ipək sənayesində 14 min nəfərdən çox, o cümlədən “Şəki-İpək” kombinatında 7 min nəfərə yaxın daimi işçi çalışırdı. Azərbaycan barama istehsalına görə keçmiş sovetlər birliyində Özbəkistandan sonra ikinci, istehsal olunan ipəyin keyfiyyətinə görə isə birinci yeri tuturdu. “Şəki-İpək” kombinatı SSRİ-nin 75 müəssisəsinə ipək parça, 84 müəssisəsinə isə ipək sap göndərirdi. Şəki ipəyindən hazırlanan parçalar Yaponiya, İsveçrə, İtaliya və digər xarici ölkələrə ixrac olunurdu.

Təəssüf ki, ötən əsrin 90-cı illərinin əvvəllərində, Azərbaycanın ikinci dəfə öz müstəqilliyinə qovuşduğu ilk illərdə hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi üzündən iqtisadiyyatın bir çox sahələri kimi, ipəkçiliyin inkişafında da ciddi tənəzzül başlanmış, uzun illər ərzində qurulmuş iqtisadi əlaqələr tamamilə qırılmışdır.

Həmin dövrlərdə ölkədə hökm sürən anarxiyanın, hərc-mərcliyin ipəkçiliyin inkişafına çox ciddi ziyan vurduğunu təəssüf hissi ilə yada salan “Şəki-İpək” ASC idarə heyəti sədrinin müşaviri Teymur Musayev AZƏRTAC-a müsahibəsində bildirmişdir ki, həmin illər respublikamızda 2 damazlıq ipəkçilik stansiyası, 7 barama toxumu zavodu, 30-a yaxın rayonun baş barama qurutmaxanası, 80-ə yaxın barama tədarükü və ilkin emalı məntəqəsi, habelə “Şəki-İpək” şirkəti, Ordubad baramaaçan fabriki öz istehsal fəaliyyətini tam dayandırmış, bu sahədə çalışan on minlərlə insan işsiz qalmışdı. 1500 illik tarixi olan Azərbaycan ipəkçiliyi məhv olmaq təhlükəsi ilə qarşılaşmışdı.

Ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda digər sahələr kimi, ipəkçiliyə olan münasibət də kökündən dəyişmiş, ipək sənayesinin bərpası istiqamətində zəruri işlər görülmüşdür. Ulu öndər 2001-ci ildə Şəkidə olarkən ipək kombinatının fəaliyyəti ilə də maraqlanmış və onun bilavasitə tapşırığı, imzaladığı müvafiq sərəncamla həmin il kombinatın fəaliyyətinin bərpasına kömək məqsədi ilə dövlət büdcəsindən xeyli miqdarda vəsait ayrılaraq müəssisə işə salınmışdır.

Müəssisə 2005-ci ildə özəlləşdirildikdən sonra “Şəki-İpək” Açıq Səhmdar Cəmiyyətinin səhmləri üzrə investisiya müsabiqəsinin qalibi olmuş “Pərvanə” MMC bölgənin ən böyük sənaye müəssisəsinin fəaliyyətini genişləndirmək və respublikamızda baramaçılığın inkişafını təmin etmək məqsədilə xüsusi inkişaf proqramı həyata keçirməyə başlamışdır. Müəssisəyə böyük məbləğdə sərmayə qoyulmuş, istehsal sexləri əsaslı şəkildə yenidən qurulmuş, istehsalatda yeni texnologiyalar tətbiq edilmiş, sexlərdə müasir avadanlıq və dəzgahlar quraşdırılmış, işçilərin sosial müdafiəsini gücləndirmək üçün əlavə tədbirlər həyata keçirilmişdir.

Buraxılan məhsulun keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə 2008-ci ildə müəssisənin baramaaçan istehsalatında yenidənqurma işləri aparılmış, sexdə Çin Xalq Respublikasında istehsal olunmuş 4 ədəd baramaaçan, 4 ədəd barama sarıyan, barama buğa verən yeni dəzgahlar, vakuum aparatı quraşdırılmışdır. Yenidənqurma işlərindən sonra sexdə əməyin məhsuldarlığı 6-7 dəfə, istehsal gücü 2,5 dəfə artmışdır. Həmin il müəssisədə yeni istehsal sahəsi - illik istehsal gücü 1740 ton olan pambıq sap əyirmə sexi də fəaliyyətə başlamış, burada İsveçrədə istehsal olunmuş 1 milyon 380 min avro dəyərində yeni avadanlıq quraşdırılmışdır. Görülmüş tədbirlər nəticəsində 2008-ci ildə “Şəki-İpək” ASC-də işçilərin sayı artaraq 1500 nəfərə çatmışdır.

Məlumdur ki, ipəkçiliyin inkişafı üçün ilk növbədə zəruri yem bazası yaradılmalıdır. Səhmdar Cəmiyyətin təmsilçisinin bildirdiyinə görə, 1996-cı ildə aparılan torpaq islahatları zamanı tut bağları kənd əhalisinə əmlak payı kimi verildiyindən bu bağlar tədricən ləğv olunmuşdur. Kombinatda fasiləsiz iş rejimini bərpa etmək üçün isə, ilk növbədə, müəssisənin xammala olan ehtiyacı təmin olunmalı idi. Bu məqsədlə 2004-cü ildə Özbəkistandan 2,5 milyon ədəd tut tingi gətirilərək respublikanın baramaçılıqla məşğul olan 16 rayonunun kənd əhalisinə pulsuz olaraq paylanılmışdır. Lakin bu tinglər keyfiyyətsiz olduğundan bitməmişdir. 2005-2010-cu illərdə Çindən daha 3 milyon ədəd tut tingi gətirilərək rayonlara paylanılmışdır. Bu da öz səmərəsini verməmişdir. Odur ki, Səhmdar Cəmiyyət Şəki, Qax və Zaqatala rayonlarında 150 hektar torpaq sahəsi icarəyə götürərək yeni tut bağları salmışdır. Sevindirici haldır ki, hazırda bu bağlar məhsuldar vəziyyətə gəlmişdir.

Görülən tədbirlərə baxmayaraq respublikamızda barama istehsalı ildən-ilə azalmaqda davam edir. 2011-ci ildə Azərbaycanda cəmi 12 ton yaş barama istehsal olunmuş və ondan 5 ton quru barama alınmışdır. Cari ildə isə respublikamızda cəmi 8 ton yaş barama istehsal olunmuşdur. Müəssisənin təkcə baramaaçan sexinin birnövbəli iş rejimində fəaliyyət göstərməsi üçün isə ildə 120 ton quru barama tələb olunur. Əvvəlki illərdə müəssisənin xammal ehtiyacları xaricdən gətirilən quru barama hesabına həll olunurdu. Məsələn, 2007-ci ildə müəssisəyə Özbəkistandan 245 ton, İran İslam Respublikasından isə 22 ton quru barama gətirilmişdi. Nəticədə Səhmdar Cəmiyyətdə 2009-cu ilə qədər fasiləsiz iş rejimi təmin olunmuşdu. Lakin son zamanlar Avropa və Asiya ölkələrində də barama istehsalı kəskin şəkildə aşağı düşdüyündən, bu ölkələrdən xammal gətirmək mümkün olmur.

Bunun nəticəsidir ki, hazırda “Şəki-İpək” ASC-nin baramaaçan istehsalatı xammal çatışmazlığı səbəbindən fəaliyyətini müvəqqəti dayandırmışdır. Cəmiyyətin rəhbərliyi xammal probleminin həll olunması üçün ipəkçiliklə məşğul olan xarici ölkələrlə danışıqları davam etdirir. Bu məqsədlə ASC-nin nümayəndələri xarici ölkələrə ezam olunmuşlar. Əgər bu məsələ müsbət həll olunarsa, müəssisənin baramaaçan istehsalatı tezliklə öz fəaliyyətini bərpa edəcəkdir. Bu isə yüzlərlə işçinin yenidən öz doğma iş yerlərinə qayıtması deməkdir.

Bu il “Şəki-İpək” ASC Azərbaycanda ipəkçiliyin inkişafı ilə bağlı xüsusi konsepsiya hazırlamışdır. Artıq layihə baxılmaq üçün Nazirlər Kabinetinə təqdim olunmuşdur.

Konsepsiyada ipəkçiliyin yem bazasının möhkəmləndirilməsi, barama istehsalının artırılması, kümçülərin maddi marağının gücləndirilməsi, bu sahədə çalışanların sosial rifahının yaxşılaşdırılması və digər məsələlər öz əksini tapmışdır.

Layihəyə görə, ipəkçiliyin yem bazasının möhkəmləndirilməsi üçün rayonlardakı mövcud tut bağları qorunaraq bərpa olunmalı, eyni zamanda, 2012-2021-ci illər ərzində rayonlarda yeni tut bağlarının salınması üçün xüsusi torpaq sahələri ayrılmalıdır. Bundan əlavə, baramaçılıq üzrə fermer təsərrüfatları yaradılmalı, tinglik təsərrüfatlarının işi yenidən bərpa edilməlidir. Tut ipəkqurdunun damazlıq işinə diqqət artırılmalı, Qax damazlıq ipəkçilik stansiyasında və Şəki barama toxumu zavodunda yüksək məhsuldar elit, superelit və hibrid ipəkqurdu toxumu istehsal olunmalıdır.

İpəkçiliyin inkişafı üçün digər məsələ baramanın qiyməti ilə bağlıdır. Hazırda kümçülərə yetişdirdikləri yaş baramanın hər kiloqramı üçün 3 manat ödənilir. Bu qiymət istehsalçıları qane etmədiyindən onlar ipəkqurdunu yemləmək istəmirlər. Əgər kümçülərə yaş baramanın hər kiloqramı üçün dövlət tərəfindən əlavə olaraq 3-4 manat yardım (dotasiya) verilərsə, yaxın illərdə bu sahə ilə məşğul olan kəndli fermer ailələrinin sayı 50-60 minə (200-250 min nəfərə) çata bilər. Bu isə, öz növbəsində, baramaçılıqla məşğul olan müəssisələrin fəaliyyətinin yenidən bərpa edilməsinə, son nəticədə “Şəki-İpək” ASC-nin xammal ehtiyaclarının respublikanın daxili imkanları hesabına ödənilməsinə gətirib çıxarar, ipəkçiliyin maddi-texniki bazası daha da möhkəmlənər.

İnanırıq ki, qədim ipəkçilik ənənələri olan, öz ipəyi ilə bütün dünyada məşhur olan Şəki Azərbaycanda ipəkçiliyin inkişafına bundan sonra da öz layiqli töhfəsini verəcəkdir.

Mustafa Dadaşov

AZƏRTAC-ın müxbiri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir

Hərracda 12 nəqliyyat vasitəsi satılıb

ABŞ hərbçiləri üçün biraylıq komendant saatı tətbiq olunacaq

Azərbaycanlı tələbə beynəlxalq konfransda aerokosmik araşdırmalarını inkişaf etdirir

İşğaldan azad olunmuş ərazilərdə sahə görüşləri davam etdirilir

Teyyub Aslanov: Laylalar qorunmalı və gələcək nəsillərə ötürülməlidir

Oskar laureatı Eva Mari Sent 102 yaşında vəfat edib

Macarıstanın sonuncu inqilab qəhrəmanı Pongraç Andraş vəfat edib

FIFA reytinqi: Azərbaycan millisi bir pillə geriləyib

Şərurda istifadə müddəti ötmüş alkoqollu içkilərin satışı faktı aşkarlanıb

Rüstəm Orucov: Bir məğlubiyyət Hidayət Heydərovun böyük idmançı olması reallığını dəyişmir

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Türkiyədə 525 nadir əlyazma rəqəmsal istifadəyə verilib

BMT-nin nümayəndəsi: İtkin şəxslərin axtarışı humanitar xarakter daşımalıdır

Millinin futbolçusu: Xal rekordunu yeniləmək bizim üçün qürurverici və gözəl hissdir

Azərbaycan-Türkiyə təhsil əməkdaşlığının gələcək imkanları nəzərdən keçirilib

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb YENİLƏNİB

Avropaya müşayiətsiz gələn uşaqların sayı artıb

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib VİDEO

İtkin düşmüş azərbaycanlıların taleyinin müəyyənləşdirilməsi daim dövlətin diqqət mərkəzindədir – ŞƏRH

Azərbaycan dövləti öz gücünü xalqdan alır - ŞƏRH

Səmərqənd 2028-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək

BDU-da “Clarivate Günləri”: elmi platformaların imkanları təqdim edilib

“Səbail” legioner futbolçu transfer edib

Üçüncü rübdə qlobal neft ehtiyatları 1,9 milyon barel azalıb

İstanbulda TDT ölkələri ədliyyə nazirlərinin 3-cü iclası keçirilib

İordaniyalı nümayəndə: Humanitar fəaliyyət yalnız maddi ehtiyacların qarşılanması ilə məhdudlaşmır

Bu il qlobal neft tədarükünün sutkada 100 milyon bareldən çox olacağı gözlənilir

İƏT-in nümayəndəsi: Ailələrin yaxınlarının taleyi barədə məlumat almaq hüququ fundamental humanitar prinsipdir

ABŞ Litva ordusuna “Switchblade 600” hücum dronlarının ilk partiyasını tədarük edib

ABŞ neft qiymətlərinə dair proqnozunu açıqlayıb

Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişib

ÜST uşaqlarda piylənmə ilə mübarizədə preparatlar əvəzinə, həyat tərzini dəyişdirməyi tövsiyə edir

Ov mövsümü açıq elan edilir

Nazir: Gələn ildən artezian quyularında Günəş panellərinin qurulmasına 50 faiz güzəşt tətbiq ediləcək

Yusuf Kıraç: Türk dövlətləri arasında güclənən əlaqələr texnoloji inkişafda da öz əksini tapmalıdır

Peru parlamentinin üzvü: Bakı Dialoqu bizi əməkdaşlığı beynəlxalq mexanizmlərə çevirməyə çağırır

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq –  ŞƏRH  VİDEO

Qarabağ və Şərqi Zəngəzurda dağ-mədən sənayesinin inkişafı minlərlə yeni iş yeri yaradacaq – ŞƏRH VİDEO

Hazırda BQXK itkin düşmüş şəxslərlə bağlı 500 min işin üzərində işləyir

Nazir: Ailənin itkin üzvünün taleyini bilmək hüququ siyasi şəraitdən, sərhədlərdən asılı olmamalıdır

Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib

QMİ sədri: Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Avropa təbii qaz böhranından azad olmaq üçün hansı addımı atacaq?

YAP-ın VIII Qurultayı qarşıdakı mərhələnin əsas vəzifələrini müəyyənləşdirib - ŞƏRH

Milli təhlükəsizliyin təmin olunması üçün gücün bütün komponentləri səfərbər edilməlidir RƏY

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

Kimyaçı-alimlər metal-polimer katalizatorların dizaynında süni intellekt yanaşmalarını araşdırıblar

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Səfir: Ukrayna Azərbaycanın enerji avadanlıqları yardımını yüksək qiymətləndirir VİDEO

Gürcüstanla Avropa İttifaqı arasında münasibətlər yenidən gərginləşir

“Reuters”: Fransada məktəb etirazları “onilliklərin ən böyük iğtişaşına” səbəb olub

Ekspert: Azərbaycanın xarici siyasət kursunun əsasını müstəqil qərarvermə və beynəlxalq əlaqələrin şaxələndirilməsi təşkil edir

Mladen İvaniç: İtkinlərin tapılması prosesinin uğurlu olması üçün ən vacib məsələ etimaddır

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Avtomobil dağlıq yolda dərəyə yuvarlanıb – BDYPİ xəbərdarlıq edib VİDEO

Meyvə tullantılarından ekoloji inhibitorların hazırlanması istiqamətində tədqiqat aparılır

Deputat: Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

Tərtərdə pambıq yığımına başlanılıb

Komitə sədri: Aqrar sahənin gələcəyi torpaq və suyun daha səmərəli istifadəsindən asılıdır

Türkiyənin azərbaycanlı astronavtı: “Bir millət, iki dövlət” şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib

Azərbaycan dialoq və əməkdaşlıq məkanı yaradan siyasi aktor mövqeyini gücləndirir - ŞƏRH

Azərbaycan nümayəndələri MDB və ŞƏT ölkələrinin antiterror forumunda iştirak edirlər

Böyük Britaniya nümayəndəsi: İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil

Türkiyə klubu Karlos Teveslə maraqlanır

® Mərkəzi Gömrük Hospitalının damar cərrahı beynəlxalq tədbirdə iştirak edib

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

Məhsim Məhsimov: Məqsədimiz laylanı gələcək nəsillərə və dünyaya çatdırmaqdır VİDEO

ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb

Bakı məktəblərində yeni ekoloji layihə: “Təbiət və memarlığın harmoniyası”

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Rüfət Mahmud: İçərişəhərdə yeni poçt şöbəsinin açılması şəhərin canlılığının qorunmasına xidmət edir VİDEO

Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb

Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib VİDEO

Akademik: Milli süni intellekt modellərinin yaradılması fundamental elmi yanaşma tələb edir

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Müəllim: Şagirdə hazır bilik verməklə yanaşı, öyrənməyin yollarını da göstərmək vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Gian Luka Beruto: Etimad itkin düşmüş şəxslər məsələsinin həllində real irəliləyiş üçün vacibdir VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

Ombudsman: Bakı Dialoqu formatında IV beynəlxalq konfransda səslənən rəqəmlər böyük ümid yaradır VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib VİDEO

“ARB Günəş” “Laylay” klipini ictimaiyyətə təqdim edib VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Masahiko Metoki: Azərbaycan Ümumdünya Poçt İttifaqının hər iki əsas şurasında yer qazanan azsaylı ölkələrdəndir VİDEO

Binəqədi və Sabunçunun bəzi ərazilərində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir VİDEO

Deputat: İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün Ermənistan real addımlar atmalıdır

Politoloq: Prezident İlham Əliyevin çıxışı Azərbaycanın gələcək inkişafının yeni konseptual xəttini müəyyənləşdirir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 7 oktyabr

Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

Fransa müstəmləkəçiliyinin Əlcəzairdə buraxdığı “zəhərli miras” – dəyişdirilmiş soyadlar

Güclü dövlət güclü cəmiyyət və ideologiya konsepsiyası ilə mümkündür - ŞƏRH

Nazir: Səudiyyə neftinin “Şərq-Qərb” boru kəməri ilə nəqli 5,8 milyon barelə çatıb

Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib

Küveyt rəsmisi: İtkin düşmüş şəxslər məsələsini yalnız texniki imkanlar həll edə bilməz

Ümumdünya Pambıq Günü: “Ağ qızıl”ın dünyadan Azərbaycana uzanan yolu

Əli Nəbiyev: “Fitosanitar nəzarəti haqqında” Qanunda da müvafiq dəyişiklik gözlənilir

Dörd min Azərbaycan vətəndaşının taleyi mühüm humanitar narahatlıq olaraq qalır

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Mövlud Çavuşoğlu: İtkin düşmüş şəxslər məsələsi əməkdaşlıq, etimad və peşəkarlıq tələb edir VİDEO

Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Prokurorluq orqanlarına işə qəbul üzrə imtahanda 324 namizəd iştirak edəcək

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Gürcü nazir: İtkin düşmə problemi ilə bağlı müxtəlif mexanizmlər yaradıla bilər VİDEO

Azərbaycanlı alimin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası “Scopus”da indekslənib

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Sabiq baş nazir: İnsan həyatını, ləyaqətini və təhlükəsizliyini müzakirələrimizin mərkəzinə qaytarmalıyıq VİDEO

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 12,6 faiz artıb

Konqresinin hesabatı: İran müharibəsində ABŞ 81 hərbi təyyarə, helikopter və PUA itirib