Şəki Dövlət Dram Teatrı Novruz bayramı günlərində uşaqları yeni tamaşa ilə sevindirəcək
Şəki, 4 mart, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Dövlət Dram Teatrında Novruz bayramı münasibətilə uşaqlar üçün dramaturq Mehman Musabəylinin “Ana keçi ilə canavarın davası” adlı ssenari əsasında nağıl-tamaşa hazırlanır. Məqsəd tətil günlərində uşaqlara yüksək bayram əhvali-ruhiyyəsi bəxş etmək, onları sevindirməkdir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın ədəbi dram hissəsinin rəhbəri Lalə Məmmədova məlumat verib.
Tamaşanın quruluşçu rejissoru və baletmeysteri Elvin Nuri, quruluşçu rəssamı Mənsur Əzizli, geyim üzrə rəssamı Günay Hidayətova, musiqi tərtibatçısı Zeynəb Xəlilovadır.
Tamaşada rolları Əməkdar artist Rəhim Qocayev, aktyorlar Xəyal Salahov, Rəşad Rüstəmov, Qurban Rəsulov, Nərmin Abbasova, Nazilə İmamhüseynova, Fidan Lətifova, Günay Novruzəliyeva, Rəsul Məmmədrəhimov, Gülxar İmamhüseynova, Rəşid Mirizadə, Nuranə Mirzəliyeva, Pərviz İsmayılov, Elvin Mabudov, Azad Məmmədov, Nərmin Nəbiyeva, Aytac İsmayılova ifa edirlər.
Novruz tamaşası gün ərzində üç seans olmaqla, martın 19-dan 26-dək davam edəcək.