ŞƏKİ-ZAQATALA İQTİSADİ RAYONU ÜZRƏ MƏHSUL İSTEHSALI ARTMIŞDIR
İqtisadi rayona daxil olan Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında keçən il ümumən 104,9 milyard manatlıq sənaye məhsulu istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 61,3 milyard manat çoxdur. Həmin dövrdə iqtisadi rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarının ümumi dəyəri isə inişilə nisbətən 166,4 milyard manat artaraq, 928,1 milyard manat təşkil etmişdir.
2005-ci ildə Şəki-Zaqatala iqtisadi rayonunda 257 yeni müəssisə, təşkilat, obyekt və təsərrüfat subyekti açılmışdır ki, onlardan da 31-i istehsal və emal yönümlü, 23-ü isə orta və iri müəssisələrdir.