Şəki-Zaqatala regionu üzrə 22 layihə qrant qazanıb
Şəki, 9 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsinin nəticələrinə əsasən, Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə 22 layihə qrant qazanıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, bu layihələrə “Mənim ilk ixtiram - Sabahın alimləri respublika müsabiqəsinə hazırlıq mərkəzi”, “Qəbələ STEAM festivalı”, “Bu günün fidanları - işıqlı gələcəyin qurucuları” region məktəblilərinin STEAM düşərgəsi”, “Təbiət dinclik bilmir və tənbəlliyi cəzalandırır”, “İnkişaf və uğur üçün sosial bacarıqlar məktəbi”, “Xüsusi təyinatlı coğrafiyaçılar”, “Məktəblilərin maliyyə savadlılığının artırılması”, “Məktəbdən evə”, “STEAM - sizlərlə gələcək”, “Real həyatda riyaziyyat - SIMOC, SASMO, AMO”, “Müasir şagirdə müasir yanaşma”, “Gənc arxeoloqlar - Tarixin sirlərinə səyahət” və digərləri daxildir.