ŞƏKİDƏ VƏTƏNDAŞLARLA YERLƏRDƏ GÖRÜŞLƏR KEÇİRİLİR
İcra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ötən müddətdə 1700 nəfərə yaxın vətəndaş fərdi qaydada qəbul edilmiş, onların problemlərinə qayğı ilə yanaşılmış, qaldırılan məsələlərin böyük əksəriyyəti həll olunmuşdur.
Ötən il ərzində Şəki şəhərinin 17 məhəlləsində, 13 idarə və müəssisədə, 2 qəsəbədə və 61 kənddə, ümumilikdə, 95 min nəfər vətəndaşla görüşlər keçirilmiş, vətəndaşların haqlı tələblərinin yerindəcə həll olunması üçün konkret tədbirlər görülmüşdür. Bu il isə ilk görüş rayonun Aşağı Göynük kəndində keçirilmişdir.