Səkinə Babayeva: Turizm sektorunda qadın sahibkarların fəaliyyəti genişlənib
Bakı, 17 dekabr, AZƏRTAC
Ölkə tekstilinin inkişaf etdirilməsində, qadın sahibkarların fəaliyyətinin gücləndirilməsində xüsusi proqramlar üzərində iş aparılır. Bununla yanaşı ölkə turizminin inkişafı üçün səylər artırılıb. İqtisadiyyatın bu sektorunda qadın sahibkarların fəaliyyəti genişlənib.
Bunu AZƏRTAC-a açıqlaması zamanı Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva bildirib.
Onun sözlərinə görə, bölgələrdə turizmdə çalışan qadınların sayı artıb. Səkinə Babayeva qeyd edib ki, qadınlar arasında kommunikasiyanın zəif olması onların öz məhsullarını önə çıxarmasını ləngidir.
“2016-cı ildə “Doing Business”də 187-ci yerdə olan Azərbaycan qadın sahibkarlığı hal-hazırda 57-ci yerdə qərarlaşıb. İrəliləyiş bir səbəbi də iqtisadi-siyasi yol xəritəsidir. İndiyədək 400 layihədən 70 min qadın maariflənib. Bu gün Azərbaycanın qadın sahibkarları müxtəlif beynəlxalq təşkilatlarda ölkəmizi təmsil edirlər. Qadın sahibkarların biznes fəaliyyətinin maliyyələşməsində assosiasiya Azərbaycan hökuməti ilə birlikdə layihələr reallaşdırıb”, - deyə AQSİA sədri əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [18:54]
Lu Mey: Çin-Azərbaycan əməkdaşlığında Orta Dəhlizin əhəmiyyəti artır
- 23.09.2026 [18:52]
Azərbaycanın dağ-mədən sənayesi yeni mərhələdə VİDEO
- 23.09.2026 [18:48]
Səfir: Çin qlobal iqtisadiyyatın əsas mühərriki olaraq qalır
- 23.09.2026 [17:33]