REGİONLAR
Şəkinin təsərrüfatlarında 105 min ton qaba yem tədarük olunub
Şəki, 14 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Şəkili heyvandarlar payız-qış mövsümündə mal-qaranın yemə olan tələbatının tam şəkildə ödənilməsini təmin etmək üçün indidən ciddi hazırlaşırlar. Belə ki, bu günədək rayonun təsərrüfatlarında 105 min ton qaba yem tədarük olunub. Tədarük edilən yemin 53,2 min tonunu quru ot, 51,8 min tonunu isə küləş təşkil edir. Yem tədarükü ötən ilin müvafiq dövrü ilə müqayisədə 660 ton artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Təsərrüfatlarda, eyni zamanda, payızlıq səpini üçün yay şumunun çıxarılmasına da başlanılıb. Fermerlər indiyədək min hektardan çox sahədə şum aparıblar. Bundan əlavə, taxıl biçini başa çatmış ərazilərdə 870 hektar sahədə yaşıl yem üçün təkrar qarğıdalı da əkilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:39]
Naxçıvan ASAN Vəkil Bürosu açılıb
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]