Sel suları Gədəbəyin bəzi kəndlərinə ziyan vurmuşdur
Gədəbəy, 10 iyun (AZƏRTAC). Aramsız yağan yağışlar və dolu Gədəbəyin bəzi kəndlərinə ziyan vurmuşdur.
Rayon fövqəladə hallar komissiyasının sədri Qüdrət Paşayevin AZƏRTAC-a verdiyi məlumata görə, rayonun Novo Saratovka, Qaraməmmədli, Şəkərbəy və Poladlı kəndlərinin əkin sahələrinin bir hissəsi, eləcə də bir neçə evin dam örtüyü sıradan çıxmışdır. Aramsız yağan yağışlar nəticəsində dağ çaylarında suyun səviyyəsi artmış, nəticədə Şınıx bölgəsində yerləşən Çayrəsullu, Arabaçı, Göyəlli və Mormor kəndlərindəki kiçik körpülər uçmuşdur.
Hazırda rayon fövqəladə hallar komissiyasının üzvləri dəymiş ziyanı hesablayır, yaranmış çətinliklərin aradan qaldırılması üçün tədbirlər görürlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:06]
Ağdam Sənaye Parkının ərazisində 100-dən çox ağac əkilib
- 29.09.2026 [16:37]
Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb
- 29.09.2026 [16:19]
Sabah yağıntılar kəsiləcək
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]