SƏMƏD VURĞUNUN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ GECƏ KEÇİRİLMİŞDİR
Şəhər ictimaiyyəti nümayəndələrinin, ziyalıların, söz və sənət adamlarının toplaşdığı yubiley gecəsində xalq şairi Bəxtiyar Vahabzadənin iştirakçılara ünvanladığı teleqramın mətni oxunmuşdur. Respublika Yazıçılar Birliyi Şəki bölməsinin sədri şair Vaqif Aslan XX əsr Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olmuş ölməz söz ustası Səməd Vurğunun yaradıcılığı və zəngin ədəbi irsi barədə ətraflı məlumat vermişdir.
Azərbaycan Müəllimlər İnstitutu Şəki filialının baş müəllimi, filologiya elmləri namizədi Gülarə Abdullayeva, habelə Gəncədən, Mingəçevirdən və digər rayonlardan gəlmiş qonaqlar, Səməd Vurğun poeziyasının əbədiyaşarlığından geniş söhbət açaraq, dahi şairin söz dünyasının xarakterik xüsusiyyətlərindən bəhs etmişlər.
Gecədə şairin şeirləri və onlara bəstələnən mahnılar səslənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:40]
Sumqayıt Teatrında “Sürgün sevgi” tamaşasının premyerası olacaq
- 12.10.2026 [15:05]
Azərbaycan şairlərinin şeirləri xarici mətbuatda
- 12.10.2026 [14:32]
Gənclər Kitabxanasından Abbas Zamanovun 115 illiyinə töhfə
- 12.10.2026 [14:22]
Borçalı motivləri: Tarix, naxış və təbiətin harmoniyası - REPORTAJ
- 12.10.2026 [13:27]