CƏMİYYƏT
Şəmkirdə qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi başlanıb
![Şəmkirdə qəsdən adam öldürməyə cəhd faktı ilə bağlı cinayət işi başlanıb](/files/2024/1/1200x630/17056662043165526997_1200x630.jpg)
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvarın 18-də saat 15 radələrində Şəmkir rayonunun Dəllər-Cəyir kəndində yerləşən şadlıq saraylarından birində 1973-cü il təvəllüdlü Elsevər Əkbərliyə xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Şəmkir Rayon Prokurorluğundan AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı rayonun Dəllər-Cırdaxan kənd sakini, 2007-ci il təvəllüdlü Umud Cəfərovun aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Elsevər Əkbərlini qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb, Umud Cəfərov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.