REGİONLAR
Şəmkirdə Vətən müharibəsi şəhidinin ailəsi ziyarət edilib
Bakı, 6 iyun, AZƏRTAC
Şəmkir rayonunun Morul kəndindən olan Vətən müharibəsi şəhidi Mətləb Zamanovun ailəsi ziyarət edilib.
AZƏRTAC xəbər verir ki, ziyarətdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Velosiped İdmanı Federasiyası və Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının bir qrup üzvü, eləcə də Xalq artisti Nurəddin Mehdixanlı, vətənpərvər mahnılar müəllifi Cəlal Qurbanov və digər şəxslər iştirak ediblər.
Şəhidin ailə üzləri və yaxınları ilə görüş zamanı onun keçdiyi şərəfli döyüş yolundan danışılıb. Azərbaycan Ordusunun kiçik çavuşu olan Mətləb Zamanov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Cəbrayıl, Hadrut və Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. O, müharibənin 30-cu günü - oktyabrın 26-da Füzuli istiqamətində gedən şiddətli döyüşlər zamanı şəhid olub.