Seneqal: stadionda basırıq nəticəsində azı 8 nəfər ölüb, 49 nəfər yaralanıb VİDEO
Bakı, 16 iyul, AZƏRTAC
Seneqalın paytaxtı Dakarda stadionda basırıq və divarın uçması nəticəsində azı 8 nəfər ölüb, daha 49 nəfər ciddi zədə alıb.
AZƏRTAC xəbər verir ki, ARS agentliyinin yaydığı məlumata görə, stadionda yerli çempionatın final oyunu keçirilirdi. Oyundan sonra stadionun çıxışında basırıq yaranıb və nəticədə divarın bir hissəsi insanların üstünə aşıb.
Yerli hakimiyyət orqanları dağıntılar altında qalanların ola biləcəyindən ehtiyatlanırlar.
Hadisə yerində xilasedicilər və həkimlər işləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]
Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır
- 06.10.2026 [17:36]
Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq
- 06.10.2026 [17:26]