Şenol Günəş “Trabzonspor”un baş məşqçisi vəzifəsindən istefaya göndərilib
Bakı, 10 mart, AZƏRTAC
Türkiyənin "Trabzonspor" komandasının baş məşqçisi Şenol Günəş istefaya göndərilib.
AZƏRTAC Türkiyə mətbuatına istinadən xəbər verir ki, son vaxtlar qeydə alınan uğursuz nəticələr səbəbindən 73 yaşlı mütəxəssislə yollar ayrılıb. Təcrübəli çalışdırıcı bugünkü məşqdə komandanın sükanı arxasında olmayacaq. Ona klubun idman direktoru vəzifəsində çalışmaq təklif edilib.
Qeyd edək ki, Şenol Günəş ötən ilin sentyabr ayında "Trabzonspor"a baş məşqçi təyin olunmuşdu. Qara dəniz təmsilçisi Türkiyə Superliqasında 25 oyundan sonra 32 xalla 10-cu pillədə qərarlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]