Sentyabrda Budapeşt hava limanında yubiley - onuncu xeyriyyə qaçışı keçiriləcək
Budapeşt, 18 aprel, AZƏRTAC
Bu il Macarıstan paytaxtının Ferens List adına beynəlxalq hava limanının uçuş-enmə zolağında ənənəvi qaçış üçün istisna olmayacaq.
AZƏRTAC xəbər verir ki, Budapeştin baş aeroportu operatorunun direktorlar şurasının bugünkü iclasında bu özünəməxsus idman fləşmobunun keçirilməsinə yenidən icazə vermək qərara alınıb. Ötən illərdə olduğu kimi tədbir bu il də sentyabr ayında keçiriləcək. İştirakçılar Macarıstanın ən iri hava limanının uçuş-enmə zolağına artıq onuncu dəfə çıxacaqlar. Budapeşt aeroportunun rəhbərliyi bu “yubiley”lə əlaqədar bu dəfə qaçış iştirakçılarının sayının iki dəfə artırılmasına icazə verib.
Maraqlıdır ki, bu dəfə qaçış gün batan çağı təşkil olunacaq, bu isə xeyriyyə aksiyasına xüsusi romantiklik gətirəcək. Qeydiyyat rüsumlarından əldə olunan bütün vəsait əlil idmançılara yardım fonduna köçürüləcək.
Ötən il qaçışda iştirak etmək üçün satılan biletlərdən təqribən 50 min avro toplanmışdı.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]
“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb
- 08.10.2026 [13:14]