Sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi: Parisə maksimum nəticə üçün gəlmişdik
Paris, 10 avqust, Elnur Salahov, AZƏRTAC
“Məşqçilər heyətində Olimpiya, dünya və Avropa çempionları var. Biz buraya maksimum nəticə üçün gəlmişdik. Daha yaxşısını ümid edirdik. Bu gün cəmi 1 bürünc medalımızı var”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Xetaq Qazyumov yığmanın “Paris-2024” Yay Olimpiya Oyunlarındakı nəticələrini şərh edərkən deyib.
O, bu gün 125 kiloqram çəki dərəcəsində bürünc medal qazanan Giorgi Meşvildişvilinin çıxışına da toxunub: “Giorgi çətin görüşlər keçirdi. O, hazırda dünyanın ən güclü üçüncü güləşçisidir. Sabah daha bir medal görüşümüz var. Ondan da bürünc medal gözləyirik”.
Qeyd edək ki, bu, sərbəst güləş üzrə Azərbaycan millisinin Paris Olimpiadasında qazandığı ilk medaldır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]