Serbiya ilə Kosovo arasında münasibətlərin normallaşdırılması üçün birgə nəzarət mexanizmi yaradılıb
Belqrad, 19 aprel, AZƏRTAC
Avropa İttifaqı Belqrad-Priştina dialoqu üzrə vasitəçi kimi Serbiya və Kosovo arasında münasibətlərin normallaşdırılmasına dair Şimali Makedoniyanın Ohri şəhərində imzalanan sazişin icrasına nəzarət etmək üçün Birgə Monitorinq Komitəsi yaradıb.
AZƏRTAC xəbər verir ki, monitorinq komitəsinə sədrliyi Avropa İttifaqının Belqrad-Priştina dialoqu və İttifaqın Qərbi Balkan regionu üzrə xüsusi nümayəndəsi Miroslav Layçak həyata keçirəcək. Serbiyanı monitorinq komitəsində Petar Petkoviç, Kosovonu isə Aqron Bayrami təmsil edəcəklər.
Komitə üzvlərinin mütəmadi qaydada Brüsseldə toplaşacaqları, vəzifə bölgüsünün isə mayın 2-də keçiriləcək iclasda müəyyənləşəcəyi qeyd olunub.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:15]
Rusiyanın neft və qaz gəlirləri azalıb
- 06.10.2026 [17:58]
ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir
- 06.10.2026 [17:47]
Macarıstanda büdcə kəsirinin artımı zəifləyib
- 06.10.2026 [17:42]
Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır
- 06.10.2026 [17:36]
Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq
- 06.10.2026 [17:26]