Serbiya vətəndaşları 100 min ədəd qanunsuz silahı təhvil veriblər
Bakı, 25 iyun, AZƏRTAC
Serbiyada əhalidən qanunsuz silahların yığılması kampaniyasının başladığı 2023-cü il mayın 8-dən bu günədək 100 min ədəd silah və mina-partlayıcı qurğu təhvil verilib.
AZƏRTAC xəbər verir ki, Serbiya Prezidenti Aleksandar Vuçiç bu barədə TV Pink telekanalına müsahibəsində deyib. “Bu günə qədər 100 min ədəd silah və mina-partlayıcı qurğu, həmçinin 4 milyon ədəd sursat təhvil verilib”, - deyə dövlət başçısı bildirib.
Mayın 7-də Serbiya Prezidenti Aleksandar Vuçiç ölkədə hüquqi nəticələri olmadan qanunsuz silahların təhvil verilməsi üzrə kampaniyanın başladığını elan edib. Buna son vaxtlar ölkədə odlu silah işlətməklə bir neçə ağır cinayət hadisəsinin törədilməsi səbəb olub. Əvvəlcə kampaniyanın iyunun 8-də bitəcəyi nəzərdə tutulsa da, sonradan həmin müddət iyunun 30-dək uzadılıb. Kampaniya zamanı vətəndaşlar mənşəyini izah etmədən qanunsuz silah və sursatı polisə təhvil verə biləcək. Bunu etməyən insanları isə 15 ilədək həbs cəzası gözləyir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]