SƏRGİ TƏŞKİL OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın xalq rəssamı Lətif Kərimovun anadan olmasının 100 illiyi münasibətilə Şərur Rayon Mərkəzi Kitabxanasında görkəmli rəssamın həyat və yaradıcılığı ilə bağlı sərgi təşkil edilmişdir.
Sərgidə rəssamın tərcümeyi-halı, uşaqlıq və gənclik illərindən bəhs edən fotoşəkillər, haqqında yazılmış kitablar, Azərbaycan xalçaçılıq sənətinin bütün dünyada yayılması sahəsində sənətkarın gördüyü işlərdən söhbət açan qəzet və jurnal materialları nümayiş etdirilir.