SƏRHƏD POZUCULARI YAXALANMIŞLAR
Pozucular sərhədçilərin əmrinə tabe olmayaraq, onlara avtomat silahdan atəş açmışlar. Nəticədə sərhədçi əsgər Elçin Nizami oğlu Qasımov yaralanmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şərur rayon sakinləri Arzu Səfərov, Bayram Əliyev və Müşfiq Abdullayev şübhəli şəxs qismində saxlanılmışlar.
Faktla bağlı Naxçıvan MR prokurorluğu tərəfindən ibtidai araşdırma aparılır.