Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinin tarixi, ədəbi-mədəni əlaqələri araşdırılır

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinin tarixi, ədəbi-mədəni əlaqələri araşdırılır

Bakı, 19 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin inkişaf etdirilməsi, intensivləşməsi tarixi, geosiyasi reallıqlara uyğun strateji xarakter daşıyır. Dövlətimizin başçısının Mərkəzi Asiya ölkələrinə rəsmi səfərləri, bu ölkələrlə hərtərəfli əlaqələrin inkişaf etdirilməsi, bu sıradan elm və təhsil sahəsində əməkdaşlıq, xalqlarımızın zəngin mənəvi və tarixi miraslarını araşdırmaq Azərbaycan və Mərkəzi Asiya münasibətlərinin perspektivlərini müəyyənləşdirən vacib məsələlərdir və bu istiqamətdə münasibətlərin yeni mərhələsi yaşanmaqdadır. Ümummilli Lider Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti Azərbaycanla məhdudlaşmamış, bütövlükdə Türk dünyasını əhatə etmiş və dövrün tələblərinə baxmadan bütün siyasi fəaliyyəti boyu türk xalqlarının öz aralarında və dünyaya inteqrasiyasını başlıca strateji hədəfə çevirmişdir. Hələ 1997-ci ildə Ulu Öndər Qırğızıstanda “Manas” dastanının 1000 illik yubiley tədbirində dərin məzmunlu çıxışı zamanı türk xalqlarının müasir əlaqələrinin qurulmasında, inkişaf etdirilməsində, xüsusilə Mərkəzi Asiya türk xalqlarının ədəbiyyatının, qarşılıqlı ədəbi əlaqələrin öyrənilməsinin çox vacib olduğunu qeyd edib. Ulu Öndərin sovet dövründə respublikamıza rəhbərlik etdiyi zaman Azərbaycan və Mərkəzi Asiya türk xalqları ilə qurulan əlaqələr forma və məzmun arasında fərqliliklərlə inkişaf edirdi. Dövrün şərtlərinə görə sovet xalqlarının əlaqələri kimi təqdim olunsa da, mahiyyət və məzmun etibarilə türk xalqlarının tarixi qardaşlıq əlaqələrinin yeni mərhələsi yaşanırdı. Dahi Lider hər zaman bu məsələyə xüsusi diqqət göstərib, türk xalqlarının mənəvi bağlarının qopmaması, tarixi köklər üzərində inkişaf etdirilməsi, bu istiqamətlərdə zəruri məqsəd və vəzifələrin həyata keçirilməsi üçün var qüvvəsi ilə çalışıb.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mərkəzi Asiya ölkələri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Həşimova söyləyib. O bildirib ki, Ulu Öndərin türk xalqları ilə bağlı strateji hədəfləri sayəsində hələ sovet dövründə Azərbaycan şərqşünaslığında Mərkəzi Asiya türk xalqlarının ədəbiyyatlarının, qarşılıqlı əlaqələrinin öyrənilməsi, xüsusilə özbək ədəbiyyatının, Azərbaycan-özbək əlaqələrinin öyrənilməsi istiqamətində əsaslı tədqiqatlar aparılıb. Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi olaraq Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri, eləcə də elmi, ədəbi-mədəni münasibətləri uğurla inkişaf etdirilir.

Ulu Öndərin türk xalqlarının birliyini hədəf alan ali məqsədləri, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti rəhbər tutularaq, 2011-ci ildə AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda elm müəssisəsinin direktoru akademik Gövhər Baxşəliyevanın rəhbərliyi və təşəbbüsü ilə Uzaq Şərq və Mərkəzi Asiya ölkələri şöbəsi yaradılıb. 2016-cı ildə isə Mərkəzi Asiya xalqlarının və onlarla əlaqələrin müstəqil şəkildə öyrənilməsi, tədqiqatların daha yüksək səviyyəyə çatdırılması üçün ayrıca Mərkəzi Asiya ölkələri şöbəsi yaradılıb. Şöbənin əsas vəzifəsi Mərkəzi Asiya ölkələrinin tarixi, dini, ictimai-siyasi, mədəni, ədəbi, milli və xarici siyasi əlaqələrinin, iqtisadi inkişaf yolu və xüsusiyyətlərinin araşdırılması, bu ölkələrin Azərbaycan ilə hərtərəfli münasibətlərinin təhlili və onların inkişafına dair təkliflərin hazırlanmasıdır. Yarandığı dövrdən şöbədə bu istiqamətdə köklü araşdırmalar aparılıb, monoqrafiyalar və kitablar çap olunub. Özbəklər, qazaxlar, türkmənlər, qırğızlar, qaraqalpaqlar daxil olmaqla Mərkəzi Asiya xalqlarının, ölkələrinin siyasi vəziyyəti, iqtisadiyyatı, mədəniyyəti, ədəbiyyatı və Azərbaycanla əlaqələri öyrənilir. İqtisad elmləri doktoru Dünyamalı Vəliyevin “Mərkəzi Asiya dövlətlərinin formalaşması və inkişaf qanunauyğunluqları: ziddiyyətlər və sosial nəticələri”, dosent Rauf Qarayevin “Müasir Mərkəzi Asiyada təhlükəsizlik problemləri”, dosent Təranə Həşimovanın “Müasir Azərbaycan və Özbək əlaqələri milli məsələlər kontekstində” və digər çap olunmuş monoqrafiyalar son illərin uğurlu elmi nəticələridir. Filologiya elmləri doktoru Lalə Əhmədovanın “XX əsrin ikinci yarısı romanlarında əxlaq anlayışları (Ç.Aytmatov, Y.Səmədoğlu)”, siyasi elmlər doktoru Adil Mirabdullayevin “Müstəqillik dövründə Azərbaycan-Qırğızıstan əlaqələri”, gənc tədqiqatçı Hülya Aslanovanın “Müstəqillik dövründə Mərkəzi Asiya ölkələrinin müsəlman dünyasında yeri və rolu”, elmi işçi Dilbər Hüseynlinin “Mərkəzi Asiya ölkələrinin İkinci Qarabağ müharibəsində siyasi mövqeyi”, Dilbər Abdullayevanın “Hindistan və Pakistanda urdu dilinin dəyişmə və inkişaf xətti”, kiçik elmi işçi Nadejda Əsədovanın “Xəzər dənizində enerji resurslarının istifadəsində Azərbaycan-Türkmənistan əlaqələri” kimi aktual mövzulara həsr olunmuş tədqiqatları Mərkəzi Asiya ölkələrinin iqtisadi, siyasi vəziyyətlərini, ədəbiyyatlarını tədqiq edən, eyni zamanda, Azərbaycanla qurulan əlaqələrin tarixini, bu gününü, inkişaf perspektivlərini öyrənən qiymətli araşdırmalardır.

Qeyd edim ki, şöbənin fəaliyyətində gənc doktorant və dissertantların yetişməsinə xüsusi diqqət yetirilir. Onlar Azərbaycan-Qırğızıstan, Azərbaycan-Pakistan, Azərbaycan-Qazaxıstan münasibətlərini bir çox aspektdən tədqiq edirlər. Elmin məqsədyönlü inkişafını təmin etmək məqsədilə şöbənin əməkdaşları layihələrin, beynəlxalq tədbirlərin keçirilməsində yaxından iştirak edirlər. Elmmetrik göstəriciləri yüksək olan şöbənin gənc tədqiqatçıları Avropa dillərinə, yeni informasiya texnologiyalarına yiyələnərək, Mərkəzi Asiya ölkələri ilə elmi əməkdaşlığı inkişaf etdirir, bu istiqamətdə beynəlxalq akademik bazalarda təmsil olunurlar.

“Mərkəzi Asiya ölkələri şöbəsinin əməkdaşı olaraq uzun illərdir ki, Azərbaycan-özbək ədəbi əlaqələrinin ayrı-ayrı problemlərini araşdırıram. Azərbaycan-özbək mədəni-ədəbi əlaqələri, bu əlaqələrin tarixi və müasir problemləri o qədər dərin və məzmunludur ki, qeyd olunan istiqamətdə çoxlu tədqiqatlar aparıla bilər. Bildiyimiz kimi, dövlətlərarası münasibətlərdə iqtisadi əlaqələr ən vacib sahə hesab olunur. Lakin deyərdim ki, mədəni-ədəbi əlaqələrin qurulması və öyrənilməsi mühüm məsələdir. Çünki hər bir ölkənin vətəndaşının, hər bir millətin nümayəndəsinin milli ruhunun formalaşmasında bədii ədəbiyyatın rolu müstəsnadır. Bu gün Türk dünyasının bir araya gəlməsində türk xalqlarının milli ruhları, əsrlər boyu qurduğu mənəvi bağlar, mədəni əlaqələr təkan xarakteri daşımaqdadır.

Müstəqillik dövründə Azərbaycan-Mərkəzi Asiya ədəbi əlaqələri ilk dəfə tərəfimdən Mərkəzi Asiya ölkələri şöbəsində araşdırılıb. Azərbaycan və özbək, Azərbaycan-türkmən xalqlarının ədəbi əlaqələrindən bəhs edən “Poeziya körpüsü” kitabım, eyni zamanda, “XX əsr Azərbaycan ədəbiyyatı və Mərkəzi Asiya xalqları poeziyası” (Özbək və türkmən ədəbiyyatları əsasında) filologiya üzrə fəlsəfə doktoru elmi adı almaq üçün müdafiə etdiyim dissertasiya işi, “Müstəqillik dövründə Azərbaycan və özbək ədəbi əlaqələrinin aktual problemləri” filologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işim, “Müasir Azərbaycan-Özbək ədəbi əlaqələri milli məsələlər kontekstində” monoqrafiyam və digər beynəlxalq akademik bazalarda, jurnallarda dərc olunan elmi məqalələrim məhz Azərbaycan-özbək ədəbi əlaqələrinin aktual problemlərinə həsr edilib. Müstəqil respublikamızın ədəbi əlaqələrindən, bu əlaqələrdə milli inkişaf xüsusiyyətlərindən bəhs edən “Müasir Azərbaycan-özbək ədəbi əlaqələri milli məsələlər kontekstində” monoqrafiyam 2019-cu ildə çap olunub. Dörd fəsildən, on iki bölmədən ibarət monoqrafiyada zəngin tarixə malik Azərbaycan və özbək ədəbi əlaqələri çoxsaylı faktlar və materiallar əsasında araşdırma obyektinə çevrilib, müasir Azərbaycan və özbək poeziyalarının ortaq xüsusiyyətləri, qarşılıqlı bədii tərcümə problemləri, müstəqillik dövründə Azərbaycan və özbək xalqlarının ədəbiyyatlarının nəzəri-tipoloji (komparativistik) müqayisəsi, müstəqillik dövründə qarşılıqlı ədəbi nəşrləri və digər elmi-ədəbi məsələləri diqqət mərkəzində saxlanılır”,- deyə Təranə Həşimova bildirib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb