Serxio Aqüero səhhətindəki problemlərlə əlaqədar karyerasını başa vurduğunu elan edib
Bakı, 15 dekabr, AZƏRTAC
“Barselona” futbol klubunun argentinalı hücumçusu Serxio Aqüero səhhətindəki problemlərlə əlaqədar karyerasını başa vurduğunu elan edib.
AZƏRTAC xəbər verir ki, bu barədə 33 yaşlı hücumçu keçirdiyi mətbuat konfransında açıqlama verib. Təcrübəli forvard ürəyindəki problemə görə bu addımı atmağa məcbur olduğunu bildirib.
Qeyd edək ki, Serxio Aqüero La Liqanın XII turunda “Alaves”ə qarşı oyundan (1:1) sonra xəstəxanaya yerləşdirilib. Matçın gedişində nəfəs darlığından əziyyət çəkən futbolçu 41-ci dəqiqədə Filippe Koutinyo ilə əvəzlənib. Həkimlərin müşayiəti ilə meydanı tərk edən futbolçu kardioloji müayinədən keçib. Hücumçuya aritmiya (ürəyin normal ritminin pozulması) diaqnozu qoyulub.
S.Aqüero karyerası ərzində ölkəsinin “İndependiente”, İspaniyanın “Atletiko Madrid” və İngiltərənin “Mançester Siti” klublarında da çıxış edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [21:21]
Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub
- 13.10.2026 [19:40]
Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb
- 13.10.2026 [19:01]
Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]