Səudiyyə Ərəbistanı İsveçin Ər-Riyaddakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb
Bakı, 3 iyul, AZƏRTAC
Səudiyyə Ərəbistanı “Qurani-Kərim”in yandırılmasına icazə verilməsinə cavab olaraq İsveçin Ər-Riyaddakı səfirini Xarici İşlər Nazirliyinə (XİN) çağırıb. Nazirliyin açıqlamasında bildirilib: “Səudiyyə Ərəbistanı bu biabırçı hərəkəti qəti şəkildə rədd edir”.
AZƏRTAC “TRT Haber”ə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı XİN İsveç hökumətindən xalqlar və dövlətlər arasında mövcud olmalı hörmətə xələl gətirən, tolerantlıq və mötədillik kimi dəyərlərə zidd olan hərəkətləri dayandırmasını tələb edib.
Xatırladaq ki, iyunun 28-də İsveçin paytaxtında İraq əsilli Salvan Momika adlı şəxs Stokholm məscidinin qarşısında polisin mühafizəsi altında “Qurani-Kərim”i yandırıb. İyunun 29-da Səudiyyə Ərəbistanı bu hadisəni pisləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib
- 29.09.2026 [12:39]
Fransada dövlət sektorunda ümummilli tətil keçirilir
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]