SƏUDİYYƏ ƏRƏBİSTANI TELEEFİRİNDƏ İLK QADIN DİKTOR
Batin Ən-Nəsr teleekrana çadrada çıxdığından tamaşaçılar onun gözəlliyini qiymətləndirə bilməmişlər. Lakin bu, onun xəbərləri oxumasına və müxbirlərlə söhbət etməsinə mane olmamışdır.
Batin Ən-Nəsr milyonlarla televiziya tamaşaçısına yeni, “Əl-Əxbariyyə” telekanalının verilişlərinə başlandığını elan etmişdir. Ər-Riyadda ümid edirlər ki, bu telekanal ərəblərin ən populyar “Əl-Cəzirə” və “Əl-Ərəbiyyə” peyk telekanallarının layiqli rəqibi ola biləcəkdir. Yeni telekanal, ilk vaxtlar, 12 saat efirə çıxacaq, fevral ayından isə gecə-gündüz işləyəcəkdir. Onun verilişlərinin xarakteri elə adından bilinir – “xəbərlər”.
Yeni kanalın xaricdə 45 müxbiri var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]