Səudiyyə Ərəbistanının dövlət televiziyasında Azərbaycanla bağlı sənədli film nümayiş edilib
Ər-Riyad, 29 may, AZƏRTAC
28 May - Respublika Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığında fəaliyyət göstərən “Saudi 2” dövlət televiziya kanalında Azərbaycanla bağlı sənədli film nümayiş olunub.
Mayın 28-də gün ərzində 4 dəfə nümayiş edilən 13 dəqiqəlik filmdə Azərbaycanın ən məşhur yerləri, köhnə Bakı mənzərələri, Bakı gecələri, ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, özünəməxsus memarlığı, füsunkar təbiəti, xalqımızın adət və ənənələrinə dair kadrlar yer alıb. Filmdə, həmçinin son illər ölkəmizdə əldə olunan sosial-iqtisadi nailiyyətlər, müxtəlif bölgələrimizin inkişafına dair maraqlı fraqmentlər əksini tapıb.
Film Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığındakı səfirliyi tərəfindən hazırlanıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ər-Riyad
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:16]
Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
- 07.10.2026 [14:06]