Seul KXDR-də koreyalararası əlaqə ofisinin sökülməsinə təəssüflənir
Bakı, 16 iyun, AZƏRTAC
Koreya Respublikası KXDR-in hakimiyyət orqanları tərəfindən Keson şəhərində yerləşən koreyalararası əlaqə ofisinin sökülməsinə təəssüf edir.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Cənubi Koreya prezidenti administrasiyasının nümayəndəsi Milli Təhlükəsizlik Şurasının təcili iclasının nəticələri barədə jurnalistlər üçün təşkil olunan brifinqdə deyib. Onun sözlərinə görə, koreyalararası əlaqə ofisinin sökülməsinin nəticələri barədə məsuliyyət KXDR rəhbərliyinin üzərinə düşür.
İyunun 16-da Şimali Koreyanın hakimiyyət orqanları Keson şəhərində yerləşən əlaqə ofisini partladaraq dağıdıb. Bundan öncə Pxenyan Cənubi Koreyada fəaliyyət göstərən qeyri-hökumət təşkilatının KXDR ərazisinə təbliğat vərəqələri göndərməsini tənqid etmiş və qarşı tərəfi cavab tədbirləri ilə hədələmişdi.
Xatırladaq ki, 2018-ci ilin aprel ayından bəri KXDR lideri Kim Çen In və Cənubi Koreya Prezidenti Mun Ce-in arasında üç görüş keçirilib. Onlardan ikisi 2018-ci il aprelin 27-də və mayın 26-da demilitarizasiya zonasında yerləşən Phanmuncom yaşayış məntəqəsində, üçüncüsü isə sentyabrın 18-də Pxenyanda baş tutub. Lakin ötən ilin fevralında Hanoy şəhərində KXDR lideri Kim Çen Inla ABŞ Prezidenti Donald Tramp arasında baş tutan və nəticəsiz başa çatan görüşdən sonra Şimal və Cənub arasında təmaslar kəskin azalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:43]
Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib
- 08.10.2026 [17:15]
Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq
- 08.10.2026 [17:11]
Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
- 08.10.2026 [17:03]
Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq
- 08.10.2026 [17:02]
Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb
- 08.10.2026 [16:44]
Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb
- 08.10.2026 [16:36]
BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub
- 08.10.2026 [16:30]