Seuta yaxınlığında ölən 14 miqrantın cəsədi Tetuandakı morqa aparılıb
Bakı, 1 avqust, AZƏRTAC
Seuta şəhərinə keçməyə cəhd zamanı həlak olan 14 miqrantın cəsədi Mərakeşin Tetuan şəhərindəki məhkəmə-tibbi ekspertiza şöbəsinə çatdırılıb.
AZƏRTAC xəbər verir ki, Mərakeş mənbələrinin məlumatına görə, ölənlərin yarısının şəxsiyyəti hələ müəyyən edilməyib. Qurbanlardan biri Yəmən vətəndaşıdır.
Qeyd edək ki, iyulun 30-da minlərlə miqrant Mərakeşdən Seutaya keçməyə çalışıb. İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, təxminən 50 min miqrant şəhərə daxil olub, onlardan 37,5 mindən çoxu geri qaytarılıb. Hadisələr zamanı azı 57 nəfərin öldüyü bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]