Şəxsiyyəti müəyyənləşdirilən daha dörd itkin şəhid dəfn olunacaq
Bakı, 11 sentyabr, AZƏRTAC
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha dörd şəhid dəfn olunacaq.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 12-də hərbçilər Murad Məlikməmməd oğlu Vəliyev Quba rayonunun Nütəh kəndindəki qəbiristanlıqda, Cəlal Xankişi oğlu Abdullayev Bakı şəhəri, Qaradağ rayonunun Qobustan qəsəbəsindəki qəbiristanlıqda, Ayaz Əsgəralı oğlu Zərbəliyev Göyçay şəhərindəki Şəhidlər xiyabanında və Vəkil Möylan oğlu Qayıbov Qəbələ rayonunun Qəmərvan kəndindəki qəbiristanlıqda dəfn ediləcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:43]
Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir
- 30.09.2026 [12:41]
AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib
- 30.09.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [11:34]
DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir
- 30.09.2026 [11:23]