Si Cinpin Qazaxıstana səfər edəcək
Astana, 11 iyun, AZƏRTAC
Çin Xalq Respublikasının Sədri Si Cinpin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə iyunun 16-17-də Astanada səfərdə olacaq.
AZƏRTAC Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, səfər əsnasında yüksək səviyyədə keçiriləcək görüşdə iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi məsələlərinin müzakirə olunacağı gözlənilir.
Çin liderinin səfəri çərçivəsində iyunun 17-də Astanada region ölkələri dövlət başçılarının iştirakı ilə ikinci “Mərkəzi Asiya-Çin” Zirvə görüşünün keçirilməsi də planlaşdırılır.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [12:39]
Fransada dövlət sektorunda ümummilli tətil keçirilir
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]