Silahlıların Darfura hücumu nəticəsində 450 nəfərdən çox insan öldürülüb
Qahirə, 14 aprel, AZƏRTAC
Üsyançı Çevik Dəstək Qüvvələrinin Sudanın Darfur bölgəsində Zəmzəm və Əbu Şuk məcburi köçkün düşərgələrinə 4 gün davam edən hücumu nəticəsində 450 insan həyatını itirib.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, hücum nəticəsində “Relief” beynəlxalq yardım təşkilatının Zəmzəm düşərgəsində yerləşən ofisinin 9 əməkdaşı da ölüb.
Mərkəzi hakimiyyəti dəstəkləyən Sudan Azadlıq Ordusu açıqlamasında bildirib ki, hücum on minlərlə insanın piyada olaraq əl-Faşer şəhərinə köçməsinə səbəb olub. Şəhərdəki evlər bu qədər insanı qarşılaya bilmədiyi üçün onlar sığınacaqlara, məktəblərə yerləşdirilib, bir çoxu isə açıq havada qalıblar. Onlar içməli su, yemək və dərman çatışmazlığı ilə üzləşirlər.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]
Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb
- 29.09.2026 [17:05]