“SİLK-SAT” LAYİHƏSİNİN ELMİ MƏRHƏLƏSİ BAŞA ÇATMIŞDIR
A.Mehdiyevin sözlərinə görə, akademik Roald Saqdeyevin rəhbərlik etdiyi alimlər qrupu layihə tədqiqatlarını başa vurmuşlar. Müasir texnologiyalar sayəsində “Silk-Sat” peykinin qiyməti azalaraq 60 milyon dollara düşmüşdür.
AMEA-nın vitse-prezidenti demişdir ki, yeni peyk Qafqaz və Orta Asiya regionları dövlətlərinin kommunikasiya ehtiyaclarını tam təmin edəcəkdir. Layihənin həyata keçirilməsi Böyük İpək yolu boyunca yerləşən dövlətlərin konsorsiumunun nə vaxt yaradılacağından asılıdır.
A.Mehdiyev xatırlatmışdır ki, akademik Saqdeyevin başçılıq etdiyi alimlər qrupu vaxtilə Azərbaycan, Qazaxıstan və Qırğızıstan prezidentləri Heydər Əliyev, Nursultan Nazarbayev və Əsgər Akayevlə görüşmüş və bu görüşlərdə layihənin həyata keçirilməsi məsələsi müzakirə edilmişdir.
Azərbaycan alimi demişdir ki, bu, çox sərfəli layihədir. Rusiya müəssisələrinin, eləcə də Fransanın “ALCATEL” şirkətinin iştirakı ilə gerçəkləşdiriləcək layihə xərcini 18 aya çıxaracaqdır.